Birləşmiş Ərəb Əmirliklərinə gedərkən, bir çoxumuz öz tətilinin hər gününü planlaşdırmaqla yanaşı, ordan nə gətirə biləcəyini də düşünür. Bu zəngin ölkə çox sayda alış-veriş mərkəzləri, bazarlar, müxtəlif məhsullar, yerli və dünya markaları ilə tanınır.

Birləşmiş Ərəb Əmirliklərinə səyahət zamanı oradan gətirə biləcəyiniz bir neçə şey :

Qızıl və zinət əşyaları. 💍

Qızıl bu ölkənin əvəzolunmaz simvoluna çevrilib. Qızıl və zərgərlik əşyalarını hər bir əmirlikdə mövcud olan qızıl bazarlarından ala bilərsiniz.

Kosmetika və ətir. 💄

Ərəb ətirlərinin xüsusiyyəti onun tərkibdir. Ətirin əsasını bitki yağları təşkil edir və ətirə spirt əlavə edilmir. Ətirin yağı dəriyə hopduğuna görə, o yalnız dəriyə tətbiq edilir.

Şərq şirniyyatları.🥯

Birləşmiş Ərəb Əmirliklərindən qastronomik bir xatirə olaraq, ən çox halva, rahat lukum, xurma, şərbət, paxlava kimi şərq şirniyyatlarına üstünlük verilir.

Ədviyyat. 🍵

Ərəb ölkələrinin hər birində olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərindən də bir çox ədviyyatlar ala bilərsiniz. Bazarlarda və ya mağazalarda darçın, hil, qara bibər, qurudulmuş meyvə, zəfəran, dərman bitkiləri kimi geniş çeşidli ədviyyatlar əldə edə bilərsiniz.

Qəhvə.☕️

Ərəblər qəhvənin sehirli dadını kəşf edən ilk şəxslərdir. Ərəb qəhvəsinin tərkibindəki hil ona xüsusi dad verir. Sözügedən içki ərəblər üçün günün əhəmiyyətli bir hissəsidir. Dəyərli qonaqlar üçün hər zaman qəhvə təklif edilir.

Şərh yaz